manera.az
manera.az

Mübariz Mənsimov azərbaycanlı tələbələrə təqaüd verəcək

Mübariz Mənsimov azərbaycanlı tələbələrə təqaüd verəcək

“Palmali” Şirkətlər Qrupu Türkiyədə oxuyan 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramına davam etdiyini elan edib.

Manera.az xəbər verir ki, bu barədə holdinqdən açıqlama yayılıb.

Bildirilib ki, təqaüdlər 2022-2023-ci il tədris ilini əhatə edəcək.

Bu təqaüd proqramının əsas məqsədi hazırki bakalavr və magistratura tələbələrinə maliyyə dəstəyi göstərmək, layiq olan tələbələrin təhsillərini davam etdirməsini təşviq etməkdir.

2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Təqaüd üçün 100 azərbaycanlı tələbə bu meyarlarla seçiləcək:

* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr

* Şəhid ailəsinin üzvləri olan tələbələr

* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr

* Maddi vəziyyəti çətin olan tələbələr.


“Palmali”nin yeni təqaüd proqramına qeydiyyat 2022-ci il aprel ayının 1-30 tarixləri arasında aparılacaq.

Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri palmaliegitim@gmail.com elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.

Xatırladaq ki, bu, “Palmali Holdinq” tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031