Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.
Bu barədə MANERA.AZ-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, DİM tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart,
ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçiriləcək.
Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Sumqayıt, Abşeron, Cəlilabad, Masallı, Göyçay, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.
- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.