manera.az
manera.az

Adil Kərimli: "Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib"

📅 26.08.2026 12:46


"Bu gün Azərbaycan və dünya mədəniyyəti böyük itki ilə üzləşib".



Manera.az xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli Tofiq Bakıxanovla vida mərasimində deyib.

O bildirib ki, Tofiq Bakıxanovun nəinki Azərbaycan, dünya mədəniyyətinin inkişafında misilsiz rolu olub:

"Onun çoxşaxəli fəaliyyəti, yetişdirdiyi tələbələr, zəngin irsi yaşamağa davam edəcək. Tofiq müəllimin təvazökarlığı əsərlərində əks olunub. Çox böyük fenomenal yaddaşa malik bir şəxsiyyət idi. Bütün hadisələri o qədər detallı şərh edirdi ki, onun söhbətinə qulaq asmaq bütün kollektiv, peşəkarlar üçün dəyərli idi".

Nazir mərhum ilə sonuncu görüşündən də bəhs edib:

"Sonuncu görüşdə kefi çox yaxşı idi. Bir hissiyyatı var idi, bunu bizimlə foto çəkdirmək istəyi ilə göstərmişdi. Bu, başqa bir duyğunu ifadə edirdi".

Onun sözlərinə görə, Tofiq Bakıxanovun neftçilərin əməyinə, qəhrəmanlığına həsr olunmuş balet əsəri dünya tarixində bir ilk idi:

"Bu sənət nümunəsi Azərbaycan mədəniyyətinin zənginliklərini özündə əks etdirir. Həmin əsər 70-ci illərin əvvəlində Fransada tamaşaya qoyulub və dünya Azərbaycan mədəniyyəti ilə tanış olub. Bir əsərdə Azərbaycan mədəniyyətinin incəliklərini, qəhrəmanlığını, vətənpərvərliyini özündə əks etdirib".

Nazir əlavə edib ki, o, zəhmətkeş ömür yaşayıb:

"Son ana qədər yazırdı. Elmlə məşğul idi. Pedaqoji fəaliyyətini davam etdirirdi. Tofiq Bakıxanov gənclər üçün böyük bir örnəkdir. Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir, xatirəsi daim yaddaşlarda qalacaq".


Baxış sayı - 11 | Yüklənmə tarixi: 26.08.2026 12:46
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930