manera.az
manera.az

Nazir Xalq rəssamı ilə görüşüb - Foto

📅 10.09.2023 15:16

Nazir Xalq rəssamı ilə görüşüb - Foto
Sentyabrın 9-da mədəniyyət naziri Adil Kərimli anadan olmasının 95 illiyi ilə əlaqədar Xalq rəssamı Tofiq Ağababayevlə görüşüb.

Nazirlikdən MANERA.AZ-a bildirilib ki, görüşdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət nazirinin müavinləri və nazirliyin əməkdaşları iştirak ediblər.

Nazir Adil Kərimli rəngkarlıq məktəbimizin görkəmli nümayəndəsini 95 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycan mədəniyyətinə, təsviri sənətinə verdiyi töhfələri, həmçinin zəngin mədəniyyətimizin təbliğ edilməsində səmərəli fəaliyyətini vurğulayaraq rəssama mədəniyyət nazirliyinin kollektivinin təbriklərini və ən xoş arzularını çatdırıb. Nazir Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində verdiyi töhfələrə görə nazirliyin Fəxri diplomunu fırça ustasına təqdim edib.

Tofiq Ağababayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. Bakı şəhərinin ilk baş rəssamı vəzifəsində çalışıb. Paytaxtımızın simvolik açarının düzəldilməsi də sənətkarın adı ilə bağlıdır.

Nazir Xalq rəssamı ilə görüşüb - Foto
Nazir Xalq rəssamı ilə görüşüb - Foto


Baxış sayı - 300 | Yüklənmə tarixi: 10.09.2023 15:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031