manera.az
manera.az

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət sərgisi ilə tanış olub

📅 01.09.2026 10:17



Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Bişkekdə təşkil olunan dekorativ-tətbiqi sənət sərgisində iştirak edib.

Sentyabrın 1-də Qırğız Respublikasının birinci xanımı Ayqul Japarovanın dəvəti ilə “Ala-Arça” Dövlət iqamətgahında keçirilən mədəni proqram çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan və Çin birinci xanımlarının iştirakı ilə tədbir təşkil olunub.

Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə sərgiyə baxış keçirib.

Sərgidə Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının hazırladığı əl işləri nümayiş etdirilib. Ekspozisiyada qırğız xalqının zəngin mədəni irsini, milli ənənələrini və əsrlər boyu formalaşmış sənətkarlıq nümunələrini əks etdirən müxtəlif əsərlər təqdim olunub.

Keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları və xalq sənətkarlarının digər əl işləri sərginin əsas nümunələri arasında yer alıb.

Mədəni proqram çərçivəsində qonaqlar üçün konsert də təqdim olunub. Yaradıcılıq kollektivləri və ifaçılar qırğız xalqının milli musiqi və rəqs nümunələrini nümayiş etdiriblər.


Baxış sayı - 25 | Yüklənmə tarixi: 01.09.2026 10:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930