Bu gün tanınmış teatr və kino aktrisası,Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Əminə Babayevanın doğum günüdür.Qeyd edək ki,Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb.İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb.Teatrda ilk rolu X.Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub.Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib.Ə.Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib.Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi.Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır.
1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır.
2002-ci ildə televizya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkmişdir.
16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T.Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaratmışdır və o gündən teatrda fasiləsiz çalışır.
Əminə Babayeva Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində aşağıdakı rolları ifa edib.
Rəmziyyə("Bağ qonşuları"X.Vahidin )
Naz-Naz ("Yol ayrıcında", İslam Səfərli)
Vəfa, Vəfanın qızı ("Xəyyam" Hüseyn Cavid)
Fitnə ("Fitnə", Abdulla Şaiq)
Rassa ("Nazirin xanımı", Branislav Nuşiç) (birinci quruluş, 1970-ci il)
Qətibə ("Qılınc və qələm", Məmməd Səid Ordubadi)
Polya ("Meşanlar", Maksim Qorki)
Mələk ("İblis", Hüseyn Cavid)
Xuraman ("Vaqif", Səməd Vurğun)
Larisa ("Cehizsiz qız", Aleksandr Ostrovski)
Kamilla ("Don Juan", Jan Batist Molyer)
Mədinə ("Zaur və Təhminə", Anar)
Səadət ("Əliqulu evlənir", Sabit Rəhman)
Ceyran xanım ("Nişanlı qız", Sabit Rəhman)
Leyla, Göyərçin ("Kəndçi qız", Mirzə İbrahimov)
Dilbər ("Sevil", Cəfər Cabbarlı)
İzida ("Darıxma, ana", Nodar Dumbadze)
At Balaxanım ("Adamın adamı", Anar)
Hekata ("Maqbet", Uilyam Şekspir)
Çiçək ("Bağlardan gələn səs" İlyas Əfəndiyev)
Ərəb bacı ("Qanlı Nigar" Sadık Şəndili)
Ziba xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə)
Nazlı ("Qarabağ əfsanələri" Qeybulla Rəsulov)
Gözəl ("Məhəbbət yaşdadır" Nahid Hacızadə)
Balaca qız ("Nakam qız" Aleksandr Şirvanzadə)
Sofi ("Məkr və məhəbbət" Fridrix Şiller)
Faişə ("Üç qurluşlu opera" Bertolt Brext)
Ana ("Gecə döyülən qapılar"Nəbi Xəzri)
Nazlı xanım ("İmzanının hökmü" Tofiq Kazımov)
Missis Boyl ("Tələ", Aqata Kristi)
Semeçka satan("Qatarın Altına Atılan Qadın" Afaq Məsud)
Gülpəri ("Qaraca qız", Abdulla Şaiq)
Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə)
Kor qadın ("Şeyda" Hüseyn Cavid)
Haykanuş ("Qarabağnamə", İlyas Əfəndiyev)
Səltənət ("Oliqarx", Əfqan)
Sava xala ("Nazirin xanımı", Branislav Nuşiç) (ikinci quruluş, 2014-cü il)
Bibi ("Nadir Şah", Yunus Oğuz)
İrəvan Dövlət Azərbaycan Dram Teatrında oynadığı tamaşalar
Mələk ("Əsgər anası" Ağarəhim Rəhimov)
Nənə ("Elə bil qorxa-qorxa" Kamal Abdulla)
Leyla ("Yalan" Sabit Rəhman)
Mehriban ("Məhəbbət yaşayır hələ" (Hidayət)
Manera.az saytının kollektivi adından Əminə xanımın 67 yaşını təbrik edirik ona can salığı uzun ömür ,işlərində uğurlar arzu edirik...
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 1 937 |
Yüklənmə tarixi: 27.08.2017 00:26