manera.az
manera.az

9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ: Əlavə imtahan keçiriləcək

📅 31.08.2026 11:09

9 və 11-ci sinif şagirdlərinin DİQQƏTİNƏ: Əlavə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) sentyabrın 6-da bir sıra şagirdlər üçün əlavə imtahan təşkil edəcək.

Manera.az xəbər verir ki, əlavə imtahanda 2026-cı ildə keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri iştirak edə biləcəklər.

İmtahan eksternat qaydasında buraxılış imtahanı verən müvafiq şəxsləri də əhatə edəcək.

Bundan başqa, il ərzində keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən şagirdlərə də sentyabrın 6-da imtahan vermək imkanı yaradılacaq.

DİM-in məlumatına əsasən, imtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil ediləcək.


Baxış sayı - 389 | Yüklənmə tarixi: 31.08.2026 11:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930