manera.az
manera.az

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır

Eksternat imtahanlarına sənəd qəbulu başa çatır
Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır. Qeydiyyat və sənəd qəbulu saat 14:00-dan 17:30-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) aparılır.

BŞTİ-dən bildirilib ki, ərizələri qəbul olunmuş eksternlər dekabrın 20-21-də saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, eksternat imtahanları dekabrın 25-26-da paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031