Müəllimlərin diqqətinə: Müsahibə mərhələsi başlayır
![]()
Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilir.
Manera.az xəbər verir ki, müsahibənin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, namizədlər şəxsi kabinetlərinə daxil olaraq müsahibənin keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi 3 sentyabrdan etibarən təşkil olunacaq.
Bildirilib ki, test imtahanında keçid balını toplayan müəllimlərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq ediləcək.
Əməkhaqqına nəzərdə tutulan əlavələr müsahibə mərhələsində də uğur qazanan müəllimlərə şamil olunacaq.
Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edəcək müəllimlər şəxsi kabinetlərində göstərilən tarix və məkana uyğun olaraq prosesə qatılmalıdırlar.