manera.az
manera.az

Müəllimlərin sertifikasiyasına başlanacaq - Rəsmi

Müəllimlərin sertifikasiyasına başlanacaq - Rəsmi
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Bu barədə Manera.az-a Təhsil Nazirliyindən bildirilib.

Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.

Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.

Təhsilverənlərin sertifikatlaşdırması iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.

Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.

***

Təhsil Nazirliyi təhsilverənlərin sertifikasiyasının keçirilmə qaydasını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, təhsilverənlərin sertifikasiyasının test imtahanı mərhələsində imtahan sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib ediləcək.

Bu mərhələdə təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim ediləcək. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaqlar.

Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılacaq. Bu mərhələdə təhsilverənlər aşağıdakı meyarlar əsasında maksimum 40 balla (4 ballıq şkala ilə) qiymətləndiriləcək:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı - x3

- təhsilalanların qiymətləndirmə bacarığı - x2

- özünü təqdimetmə bacarığı - x2

- pedaqoji prosesi təşkiletmə bacarığı - x2

- ünsiyyət bacarığı - x1

Müsahibə zamanı azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031