manera.az
manera.az

İncəsənət məktəblərində ilk dəfə yeni yaradıcı ixtisaslara şagird qəbulu başlayır

📅 26.08.2026 05:42


Mədəniyyət Nazirliyi incəsənət məktəblərində yaradıcı sənaye sahələrinə aid ixtisaslara artan maraq və tələbatı nəzərə alaraq, ilk dəfə 5 yeni yaradıcı istiqamət üzrə şagird qəbuluna başlayır.

Yeni təşəbbüsün əsas məqsədi müasir yaradıcı sahələrə marağı və potensialı olan yeniyetmələrin bacarıqlarını üzə çıxarmaq, onların yeni istiqamətlər üzrə təhsil imkanlarını genişləndirmək və gələcəyin yaradıcı peşələrinə hazırlığını dəstəkləməkdir.
Müraciətlər 25 avqust – 5 sentyabr 2026-cı il tarixlərində qəbul olunur.

Qəbul 5 yaradıcı ixtisas üzrə aparılacaq

• Bədii keramika — 12–16 yaş
• Geyim üzrə dizayn — 12–16 yaş
• Rəqəmsal musiqi — 14–16 yaş
• 3D personaj animasiyası — 14–16 yaş
• Fotoqrafiya — 14–16 yaş


Namizədlər seçdikləri istiqamət üzrə yaradıcılıq qabiliyyəti, sahəyə uyğun bilik və bacarıqları əsasında qiymətləndiriləcəklər.
Kimlər müraciət edə bilər?

Bədii keramika və Geyim üzrə dizayn ixtisaslarına müraciət edən namizədlər üçün 4 illik təhsil sistemi üzrə rəssamlıq ixtisasını bitirmək əsas şərtlərdən biridir.

Rəqəmsal musiqi ixtisasına müraciət edən namizədlər üçün isə hər hansı musiqi ixtisası üzrə 5 və ya 7 illik musiqi məktəbini bitirmək əsas şərtlərdən biridir.

Müraciət necə edilir?

Müsabiqədə iştirak etmək istəyən namizədlər 25 avqust saat 12:00-dan 5 sentyabr 2026-cı il tarixinədək “MyCulture” vahid şəxsi kabineti vasitəsilə elektron formada müraciət edə bilərlər.

Müraciət zamanı namizəd müvafiq yaradıcı ixtisası seçəcək, yaş uyğunluğu sistem tərəfindən avtomatik yoxlanılacaq.

Namizədlərin qiymətləndirilməsi isə hər bir ixtisas üzrə əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında həyata keçiriləcək.

Yeni yaradıcı istiqamətlər — yeni bacarıqlar, yeni imkanlar və gələcəyin yaradıcı peşələrinə aparan yol.


Baxış sayı - 29 | Yüklənmə tarixi: 26.08.2026 05:42
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31