manera.az
manera.az

İstedadlı uşaqların harmonik inkişafı _MANERA

İstedadlı uşaqların harmonik inkişafı  _MANERA

Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda “İstedadlı uşaqların harmonik inkişafı məsələləri” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə ARTPİ - nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq XXI əsrin xüsusiyyətlərindən və bu xüsusiyyətlər qarşısında çətinliklərin öhdəsindən gələ biləcək insan kapitalının formalaşdırılmasından söz açıb. Onun sözlərinə görə hafizə yönümlü təhsildən təfəkkür yönümlü təhsilə keçid istedadların üzə çıxarılması istiqamətində müsbət rol oynayacaqdır. Bu baxımdan təlim tədris prosesində standartların reallaşdırılmasına xüsusi diqqət yetirilmədir. İnteqrasiyanın düzgün seçimi, təlim mühitinin məzmuna uyğun təşkili, təlim strategiyasının reallaşdırılması prosesində əməkdaşlığın, özünə inam hissinin formalaşdırılması şagirdlərin harmonik inkişafına təkan verəcəkdir.

Məlumunuzdur ki, müasir dövrdə istedad və yaradıcılıq potensialı hər bir cəmiyyətin milli sərvəti, onun gələcək inkişafını şərtləndirən strateji potensialıdır. Qloballaşan dünyada bu potensialın aşkarlanması, dəstəklənməsi, inkişaf etdirilməsi və səmərəli şəkildə cəmiyyətin xeyrinə gerçəkləşdirilməsi hər bir dövlətin milli prioritetidir. Bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təhsil siyasətində bu aspekt aparıcı istiqamət kimi müəyyənləşdirilmiş və yalnız təhsil qurumlarının deyil, birbaşa ölkə rəhbərlərinin nəzarətindədir. Bu baxımdan ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” mühüm bir addım olmuş və onun icrası ilə bağlı Təhsil Nazirliyi (TN) və digər qurumlar tərəfindən zəruri başlanğıcların təməli olmuşdur.

Q.Novruzov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bildirilir ki, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişafı diqqət mərkəzində saxlanmalıdır. Belə ki, onların istedadlı olduqları sahə və konkret təhsil məqsədlərilə bağlı bu biliklərin həcmi, məzmunu və s. fərqli ola bilər. Bu, təhsilin əsas məqsədlərindən biri kimi istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkarlanmasının, inkişaf etdirilməsinin və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Çünki cəmiyyət müasir problemlərin həllini əsasən məhz belə uşaqlardan gözləyir. Ona görə də onların vaxtında aşkarlanaraq inkişafının təmin edilməsinə istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarında təlimin prioritet məqsədlərindən biri kimi yanaşılmalıdır.

Sonra ARTPİ-nin “İstedadlı uşaqlarla iş” şöbəsinin müdiri Elxan Bəylərov “İstedadlı uşaqların harmonik inkişafı məsələləri” mövzusunda çox maraqlı və mütərəqqi fikirli elektron təqdimat-məruzəsi dinlənildi. Təqdimatda səslənən fikirlər interaktiv müzakirələrə şərait yaratdı.

E.Bəylərov təqdimatında istedadlı uşaqların öyrənilməsi istiqamətində uzunmüddətli, çoxsaylı və hərtərəfli tədqiqatların aparılmasınin zəruri əhəmiyyətini qeyd edib. Çoxşaxəli təzahür olan uşaq istedadı məsələsinə kompleks halda yanaşılmalıdır. Məruzəçi, istedad amilinə qabiliyyətlər təzahürünün kəmiyyət göstəricisi kimi deyil, insan psixikasının sistemlilik keyfiyyəti kimi yanaşılmalı olduğunu bildirib. O, Kiçik yaş dövründə istedadın təşəkkül dinamikasının xüsusiyyətləri gələcəkdə istedadlı uşaqların həm nailiyyət səviyyəsinə, həm də şəxsiyyət kimi formalaşmasına, başqa sözlə onların bütün gələcək həyatına təsiri haqda məlumat verib.

Müzakirələr zamanı belə nəticə əldə olundu ki, istedadı artıq təzahür etmiş uşaqlarla iş təcrübəsinə istinad edilməsi qənaətbəxş hesab edilə bilməz. İstedadın həm potensial, həm də gizli formalarına xüsusi diqqət yetirilməli və bu formalarla işləmək üçün elmi cəhətdən əsaslandırılmış xüsusi metodlar hazırlanmalıdır. İstedadlı uşaqların fərdi psixoloji, fizioloji bir sözlə hərtərəfli inkişafının vəhdəti vacib məsələlərdəndir. ARTPİ-də bu məsələ ilə əlaqədar Elmi-praktik konfrans keçiriləcək.

Seminar-müzakirədə ARTPİ-nin rəhbər və elmi heyəti, Təhsil Nazirliyinin nümayəndələri, məktəbəqədər, ümumtəhsil, peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin nümayəndələri, respublikanın müxtəlif istiqamətlərindən seminara qatılan metodbirləşmə üzvləri, müəllim və xüsusi istedadlı şagirdlər üçün təhsil müəssisələrinin pedaqoji heyəti iştirak edib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031