manera.az
manera.az

Bilik Fondu növbəti memorandumu imzalandı - MANERA.AZ

Bilik Fondu növbəti memorandumu imzalandı	 - MANERA.AZ
manera.az
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun (ARTPİ) əməkdaşları ilə anlaşma memorondomunun imzalanması məqsədi ilə geniştərkibli görüş keçirilib.

Görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən, Azərbaycan təhsil sistemi strukturunun təkmilləşdirilməsi və təhsildə idarəetmənin səmərəliliyinin yüksəldilməsi sahəsində aparılan islahatlardan danışıb.O, öz çıxışında ARTPİ ilə Bilik Fondunun əməmkdaşlığının zəruri və əhəmiyyətli tərəflərindən söz açıb.
Bilik Fondu növbəti memorandumu imzalandı	 - MANERA.AZ
ARTPİ-nin direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov da öz növbəsində rəhbərlik etdiyi elmi-tədqiqat institutunun fəaliyyət planı, perspektiv tədbirlər planı haqda görüş iştirakçılarına məlumat verib. O, təhsil sahəsində maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyinin artırılması yollarından danışıb, milli mənəvi dəyərlərin təbliği istiqamətində birgə fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.

Qulu Novruzov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasından irəli gələn məsələlərin həlli istiqamətində bundan sonra daha səmərəli şəkildə fəaliyyət göstərilməsinin vacibliyini qeyd edib.

Tədbirdə təhsil işçilərinin inkişaf etmiş qabaqcıl ölkələrin təhsil sistemində qazanılmış yeniliklərlə tanış edilməsi barədə fikirlər səslənib. Bu baxımdan mütəmadi olaraq aktual problemlərin tədqiqi və təhlili ilə bağlı elmi konfrans, seminar, “dəyirmi masa” və disputların təşkilinin əhəmiyyəti müzakirə olunub.

Görüşdə Bilik Fondu ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu arasında ölkə əhalisinin maarifləndirilməsi, milli təhsil konsepsiyasının müddəalarının, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan inkişafyönümlü istiqamətlərin yerinə yetirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728