manera.az
manera.az

"Atlar insanlardan yaxşıdır, çünki... - Alen Delon _MANERA

📅 10.02.2016 13:24

"Atlar insanlardan yaxşıdır, çünki... - Alen Delon    _MANERA
MANERA.AZ ən yaxşı kişi roluna görə «Sezar» mükafatına da sahib olan, möhtəşəm aktyor Alen Delondan sitatları təqdim edir:

* Mənə 10 il lazım oldu ki, insanları sadəcə gözəl üzü olan yaraşıqlı biri olduğuma inandıra bilim. Mən bacardım.

* Atlar insanlardan yaxşıdır. Onlar bütün hallarda yalan danışmırlar.

* Mən istəyirəm ki, məni mənim sevdiyim kimi sevsinlər: qəlbimin bütün ehtirası ilə.

* Kino peşəkarların məşğuliyyətidir. Hamının rejissor olmaq istədiyini görəndə utanıram. Ona görə də kinoda böhran yaşanır. Yaramaz, axmaq adamlar kinoya gələndə belə də olmalı idi

* Mən – Əqrəbəm, həssas təbiətim var, dalaşqan xarakterə malikəm. Mənim həyatımdakı xoşagəlməzliklər də elə burdan doğur.

* Üç tip aktyor var: pis, yaxşı və dahi. Pislə bağlı hər şey aydındır, onlar bərbad oynayırlar. Yaxşılar yaxşı oynayır. Dahilər isə oynamır, onlar kamera qarşısında yaşayırlar.

* Masadan qab-qacaq götürülməmiş, durmağı sevirəm.

* Müharibə mənim bütün ümidlərimi və illüziyalarımı öldürdü. Müharibədə mən sözün əsl mənasında böyüdüm.

* Özümdə hərdən slavyan temperamenti hiss edirəm. Bilmirəm bu hardan çıxıb? Bəlkə dostlarımdan, yaxud da sevdiyim qadından…

* Mən öz fiziki görünüşümlə “Hovuz” filmi ekranlara çıxanda barışdım. Onda mənim 13 yaşım vardı. Onda mən qəfildən başa düşdüm ki, məndəki İsa yaraşığı, samuray ürəyi və qəhrəman-aşiq ruhu mənim bir aktyor kimi əsas ziddiyyətliliyim və üstünlüyümdür.


Baxış sayı - 2 486 | Yüklənmə tarixi: 10.02.2016 13:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031