manera.az
manera.az

Mehman Qaraxanoğlu - Şeyx Nəsrullah Epşteyn adasında...

📅 09.02.2026 15:34

Mehman Qaraxanoğlu - Şeyx Nəsrullah Epşteyn adasında...
MANERA.AZ Mehman Qaraxanoğlunun "Mirzə Cəlil qəhrəmanları yeni traktovkada" silsilə şeirlərinin davamını təqdim edir.

Şeyx Nəsrullah Epşteyn adasında...

Şeyx Nəsrullah. Şeyx Әhmәd, mәgәr sәn bunlara demәmisәn ki, mәnim xörәyim gündә bir xurmadır?!
“Ölülər”

Bənsiz də əmin ol, sizə rəhbərlik edən var.
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altun və qadın düşgünü divanə bəbəklər.
“İblis”


Deyirlər,
Cefri Epşteynin yaxşı nitqi olub,
Elə Şeyx Nəsrullahın da,
O cümlədən, Trampın da...
Ən istedadlı mələkdir iblislər,
Bunlar da...

Sinənə çox döymə, Cefri,
Bizim Şeyx Nəsrullah bir əsr əvvəl
Sənin yapdıqlarını yapdı Ölülər adasında.

Gör kimlər Kərbəlayı Fətullahı diriltdi?
Pedofillər!
Yedikləri xırda-xırda uşaqlar -
Şirin, yupyumru “xurma”lar,
İçdikləri qanlar
Semantik faciəmizdir...

Şeyx Nəsrullahlıq əclaf bir dil hadisəsi,
Epşteynlik də qəddar dünyanın mahiyyəti, üslubu,
İnsan vəhşiliyinin monoloqudur..
Sanki vampirlər adasından bağırır İsgəndər öz monoloqunu -
Tfu sizin üzünüzə!!!

Mənə milyonlarla çəkiliş-filan yox,
Verin adanın nitq fondunu!
Bu gün Xocalı,
Qəzza haqda sakit bir təhkiyədə danışırıqsa -
Heç adam deyilik!
Tarix bizi qışqıraraq ittiham edəcək:
Tfu sizin üzünüzə!!!

Xəstə ədəbi pedofillər -
Körpə qrammatik konstruksiyaları cinsi istismara məruz qoyub
Şeir yazanlar,
Deyin,
Əsim-əsim əsən o uşaqlarla dialoq qura bildinizmi?

Sonra da aləmə car çəkib dedinizmi ki, şeir mənim balam, övladımdır,
Sonra da onları öz əllərinizlə aparıb verdinizmi vampirlər adasına?!
Və sonra da övladlarınızın hər biri üçün
Ev,
Torpaq,
Maşın istədinizmi?!
Tfu sizin üzünüzə!!!

03.02 - 08.02.2026


Baxış sayı - 777 | Yüklənmə tarixi: 09.02.2026 15:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930