manera.az
manera.az

Əməkdar jurnalist Akif Salam təltif edilib

📅 29.12.2025 16:24

Əməkdar jurnalist Akif Salam təltif edilib
Əməkdar jurnalist, "Şəki" qəzetinin baş redaktoru Akif Salam təltif edilib.

MANERA.AZ xəbər verir ki, tanınmış jurnalist Prezident İlham Əliyevin fərmanı ilə təsis edilən "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, Akif Salam 24 iyul 1950-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Kiçik Dəhnə kəndində anadan olub. 1967 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil alıb. 1972-ci ildən “Şəki fəhləsi”/“Şəki” qəzetinin redaksiyasında işləyir; o cümlədən, əvvəlcə ədəbi işçi, sonra şöbə müdiri, məsul katib, redaktor müavini vəzifəsində çalışıb. Müxtəlif illərdə “Azərbaycan gəncləri” və “Naxçıvan” qəzetlərinin, AZƏRTAC və SİA informasiya agentciklərinin Şəki-Zaqatala bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışıb. Uzun müddət “Şəki fəhləsi”/“Şəki” qəzetinin nəzdində fəaliyyət göstərən “Səbuhi” ədəbi məclisinə rəhbərlik edib. “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı (2015), “Tərəqqi” medalı (2020) ilə təltif edilib.


Baxış sayı - 1 113 | Yüklənmə tarixi: 29.12.2025 16:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031