manera.az
manera.az

Yusif Şükürlünün “YETTİ” elmi-fantastik povesti yenidən nəşr edilib

📅 01.11.2021 12:31

Yusif Şükürlünün “YETTİ” elmi-fantastik povesti yenidən nəşr edilib
Yusif Şükürlünün “YETTİ” elmi-fantastik povesti yenidən nəşr edilib.

Manera.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün “YETTİ: yerin həqiqi sakinləri kimlərdir?” kitabının ikinci nəşri işıq üzü görüb.

“Yetti” əsəri əsl elmi-fantastika növünə aiddir və əsər bu fantastika növünə yeni çalarlar əlavə edir.

Əsərdə mürəkkəb elmi nəzəriyyələrdən tutmuş xırda məişət problemlərinə qədər hər şey yüksək zərgər dəqiqliyi ilə işlənilib, oxuculara maraqlı və düşündürücü bir kitab təqdim edilir.

Əsərin sujet xətti Kosmopolekontakt nəzəriyyəsi üzərində qurulub, yerdənkənar sivilizasiyanın nümayəndəsinin Yer planetində təşəkkül tapmış insanın son 100 ildəki fəaliyyəti ilə yaşadığı planetə və dolayısıyla bütün Qalaktikaya təhlükə yaratdığı üçün insanlığa xəbərdarlıq etmək məqsədi ilə Yer sakini və onun üzərində bütün bəşəriyyətlə təmasa girmə cəhtlərindən və verilən ismarıclardan danışılır.

Kitab “Chapline” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr edilib.

Xatırladaq ki, “Yetti” povestinin birinci nəşri 1998-ci ildə “Ozan” nəşriyyatında çapdan çıxıb.

Qeyd edək ki, Yusif Şükürlü 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. AMEA-nın Şəki Regional Elmi Mərkəzində məsul vəzifə tutur. O, həm də ADPU Şəki filialının “Təbiət elmləri və tədris metodikası” kafedrasının dosentidir.

Yusif Şükürlünün “YETTİ” elmi-fantastik povesti yenidən nəşr edilib


Baxış sayı - 1 007 | Yüklənmə tarixi: 01.11.2021 12:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031