manera.az
manera.az

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

📅 13.12.2025 19:45

Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub

​Dekabrın 13-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

​Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə dövlət rəsmiləri, mədəniyyət xadimləri, sənətsevərlər və şairin ailə üzvləri iştirak edib.

​Tədbirdə tanınmış aktyorlar və qiraətçilər tərəfindən görkəmli şairin dillər əzbəri olan şeirləri, incəsənət ustalarının iştirakı ilə sözlərinə bəstələnmiş mahnılar, eləcə də Azərbaycan filmlərindən mahnı mətni yazdığı musiqilər səsləndirilmiş, müxtəlif səhnəciklər və şairlə bağlı video-xronikalar təqdim olunub.

​Rəngarəng ədəbi-bədii proqram qonaqlar və sənətsevərlər tərəfindən maraqla qarşılanıb.





Baxış sayı - 269 | Yüklənmə tarixi: 13.12.2025 19:45
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031