manera.az
manera.az

Xalq Artistinin 90 illik yubileyi qeyd ediləcək

📅 02.10.2017 21:31

Xalq Artistinin 90 illik yubileyi qeyd ediləcək
Oktyabrın 6-da Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq Artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun 90 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.

İdarədən Manera.az-a bildirilib ki, tədbirdə elm, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

Azərbaycan və Rusiyanın Xalq Artisti Nodar Şaşıqoğlu kinoda 10-dan çox, teatrda isə bu rəqəmdən dəfələrlə artıq rollar yaradıb. Dərin lirizmi və psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin incəliklərinə son dərəcə dərindən bələd olduğunu dönə-dönə nümayiş etdirib.

Ona böyük şöhrət gətirən isə “Uzaq sahillərdə” filmindəki Mixaylo - Mehdi Hüseynzadə obrazı olub.


Baxış sayı - 1 327 | Yüklənmə tarixi: 02.10.2017 21:31
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031