manera.az
manera.az

Vaqif Səmədoğlunun poeması əsasında animasiya filmi çəkilib

📅 07.11.2025 19:07

Vaqif Səmədoğlunun poeması əsasında animasiya filmi çəkilib
Azərbaycan Animasiya Assosiasiyası “Bum-Bum” adlı animasiya filminin istehsalını yekunlaşdırıb.

MANERA.AZ xəbər verir ki, Vaqif Səmədoğlunun uşaqlar üçün yazdığı eyniadlı poemasının motivləri əsasında çəkilən qısametrajlı film yaxın zamanda balaca tamaşaçılara təqdim olunacaq.

“Bum-bum” qısametrajlı animasiya filminin rejissor və ssenari müəllifləri Nəzrin Ağamalıyeva, Rəşid Ağamalıyev, məsləhətçilər Elçin Hami Axundov, Matthew Lyon, aparıcı animator Mehriban Əliyeva, kompozitinq rəssamı Emil Şiran, bəstəkar Azər Hacıəsgərli, səs rejissoru Nadir Mahmudov, səs aktyorları Sərxan Nəciyev, Kəmalə İsrafilova, Elşən Əsgərov, redaktorlar Gülşən Hüseynova, Elşən Cəbrailzadə, personaj rəssamları Türkan Əliyeva, Kübra Binnətova, qrafik dizayner Rəsul Həsəndir. Filmin istehsalında Azərbaycan Animasiya Assosiasiyasının üzvü olan “Dynamic Box Studio” şirkəti iştirak edib. Film “ANİMAFİLM Studio”nun məkan və texniki dəstəyi ilə çəkilib.

Qeyd edək ki, Azərbaycan Animasiya Assosiasiyası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə böyük qrant müsabiqəsinin qalibi olub.


Baxış sayı - 342 | Yüklənmə tarixi: 07.11.2025 19:07
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031