manera.az
manera.az

Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib

📅 28.12.2024 00:56

Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib
Lənkəran rayonunda ilk peşəkar animasiya filmi hazırlanıb.

MANERA.AZ xəbər verir ki, "Sehirli Peşəm" adlı animasiya filmi uşaqların erkən yaşda peşələrə maraq göstərməsi və milli dəyərlərə bağlı böyüməsi məqsədilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları tərəfindən hazırlanıb.

Animasiya filminin ilk seriyası artıq sosial şəbəkədə yayımlanıb.

Rejissoru İntiqam Hacılı, ssenari müəllifi Şəfayət Şəfi, prodüseri Afər Kərimov, animatoru Ayaz Xalıqlı, texniki dəstəkçisi Aytəkin Xalıqlı və rəssamı Nərgiz Baxşızadə olan bu film ölkənin cənub zonasında hazırlanan ilk peşəkar animasiya nümunəsidir.

Animasiya filminin birinci seriyası artıq sosial şəbəkədə yayımlanıb.

Filmin yaradıcı heyət üzvlərinin sözlərinə görə, "Sehirli Peşəm" minimal büdcə ilə ərsəyə gətirilib. Filmin məqsədi təkcə uşaqlara əyləncə təqdim etmək deyil, həm də onların müxtəlif peşələrə marağını artırmaq, gələcəkdə öz arzu və qabiliyyətlərini müəyyənləşdirmələrinə yardım göstərməkdir.

Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib
Lənkəranda ilk peşəkar animasiya filmi çəkilib


Baxış sayı - 421 | Yüklənmə tarixi: 28.12.2024 00:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930