"Vətən imtahanından "əla" alanlar" işıq üzü görüb

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Coşqun Xəliloğlunun (Coşqun Xəliloğlu İbrahimlinin) "Vətən imtahanından "əla" alanlar" kitabı tanınmış və istedadlı şair Qəşəm İsabəylinin rəhbərlik etdiyi "Şirvannəşr"də işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, müəllif bu kitabı möhtəşəm zəfərimizin 5-ci ildönümünə və məzunu olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaradılmasının 105 illiyinə ithaf edib.
Kitabda müəllifin Qarabağın azad edilməsi uğrunda haqq savaşında canından keçən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin şəhid məzunlarının göstərdiyi qəhrəmanlığı böyük ehtiram və poetik dillə tərənnüm edən əsərləri, eləcə də vətənpərvərlik mövzusunda yazılmış şeirləri toplanıb.
10-dan artıq kitabın müəllifi olan Coşqun Xəliloğlunun yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yert tutur.
Onun bundan əvvəl şəhidlərin ölməz xatirəsinə həsr etdiyi “Vətən yaşasın deyə” kitabı oxuculara təqdim olunmuşdur.