manera.az
manera.az

Əhməd Oğuzun xatirəsinə həsr olunmuş daha bir kitab

📅 22.04.2022 12:56

Əhməd Oğuzun xatirəsinə həsr olunmuş daha bir kitab
Mərhum şair Əhməd Oğuzun xatirəsinə həsr olunmuş daha bir kitab nəşr edilib.

Manera.az xəbər verir ki, türk folklor sənətinin bilicisi, şair, ozan Əhməd Oğuzun unudulmaz xatirəsinə ithaf olunmuş bu topluda onun çox sevdiyi türk ağız ədəbiyyatının beş azman söz ustadının – Dirili Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Qaracaoğlan və Dadaloğlu - poetik irsindən yığılıb bərpa olunmuş şeirlər toplanıb.

Kitabın məsləhətçiləri mərhum şairin dostları Səfər Rzasoylu, Əli Bağış və Rəşid Süleymanovdur, mətni Murad Köhnəqala bərpa və tərtib edib, nəşrə hazırlayanı və redaktoru idə Nəriman Əbdülrəhmanlıdır.

“Əhməd Oğuz ozanları” klassik poeziya toplusunun təqdimat mərasiminin may ayında keçirilməsi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl mərhum şairin "Var olsun ayrılıqları" adlı kitabı işıq üzü görmüşdü.


Baxış sayı - 880 | Yüklənmə tarixi: 22.04.2022 12:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031