Yazıçı Qafar Cəfərlinin romanı işıq üzü görüb
Yazıçı-publisist Qafar Cəfərlinin "Tanrının göz yaşları" romanı işıq üzü görüb.
MANERA.AZ xəbər verir ki, roman Vətən Müharibəsində Müzəffər Ordumuzun Zəfərinə, onun rəşadətinə və xüsusilə kəşfiyyatçıların xidmətinə ithaf olunub.
Romanda sərgilənən məqamlar bir xalqın, onun yurd nisgilli sakininin, şəhid ailəsinin, qazinin, döyüşçünün obrazları ilə cilalanıb.
Qafar Cəfərli də bu romanında bizlərə təqdim etdiyi səhnələrlə, dialoqlarla təkcə eşitdiyini, yaşadığını, apardığı müşahidələri deyil, həm də yazıçı, vətəndaş mövqeyini də romana köçürüb.
Qeyd edək ki, yazıçı Qafar Cəfərli Lənkəran rayonu Viyən kəndində anadan olub. 1-ci Qarabağ müharibəsi veteranıdır. AYB və AJB-nin üzvüdür. 2018-ci ilin Prezident təqaüdçüsüdür. 2020-ci ilin avqust ayından Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Zona Bölməsinin sədridir.