manera.az
manera.az

Teatr sahəsində fərqlənən jurnalistlər mükafatlandırılıb - Fotolar

📅 21.07.2025 15:35

Teatr sahəsində fərqlənən jurnalistlər mükafatlandırılıb - Fotolar
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov jurnalistləri peşə bayramı – Milli Mətbuat Günü münasibətilə təbrik edib.

O bildirib ki, teatr və mətbuat arasında hər zaman qarşılıqlı əməkdaşlıq və güclü əlaqə mövcud olub. Xalq artisti vurğulayıb ki, teatr cəmiyyətin güzgüsüdür, mətbuat isə bu güzgünü xalqa göstərən vasitədir.

Tədbirdə teatr sənətinin işıqlandırılmasında və təbliğində fəal olan media nümayəndələri “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərman ilə təltif olunublar.







Baxış sayı - 309 | Yüklənmə tarixi: 21.07.2025 15:35
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930