manera.az
manera.az

Nizami Gəncəvi adı Türkiyənin elm ocağında əbədiləşir - Kahramanmaraş

📅 18.06.2025 09:00



Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin konfrans salonuna Azərbaycanın tanınmış şairi, türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəvinin adı verilib.

Kahramanmaraş Sütçü İmam Universiteti Azərbaycan milli mədəniyyətini və türk dünyasının ortaq dəyərlərini təbliğ etmək məqsədilə universitetin konfrans zalına Azərbaycanın tanınmış şairi, türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəvinin adının verilməsinə dair qərar verib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr. Alptekin Yasım arasında keçirilən görüşdə məsələyə dair razılıq əldə olunub.

Qeyd edək ki, tərəflər bundan sonra ortaq dəyərlərimizin, tariximiz, mədəniyyətimizin təbliğinə yönəlmiş birgə layihələr həyata keçirəcəklər.

Nizami Gəncəvi adı Türkiyənin elm ocağında  əbədiləşir -  Kahramanmaraş


Baxış sayı - 474 | Yüklənmə tarixi: 18.06.2025 09:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930