manera.az
manera.az

Gəncədə “Nizami günləri” keçiriləcək

📅 05.08.2024 09:51

Gəncədə “Nizami günləri” keçiriləcək
Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində 11-15 sentyabr tarixlərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” keçiriləcək.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasından MANERA.AZ-a verilən məlumata görə, "Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.

Qeyd edək ki, "Nizami günləri" dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə baş tutacaq.


Baxış sayı - 377 | Yüklənmə tarixi: 05.08.2024 09:51
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031