manera.az
manera.az

Əhməd Cavadın Gəncə dövrünə dair kitab Türkiyədə çap olundu

Əhməd Cavadın Gəncə dövrünə dair kitab Türkiyədə çap olundu

“Əhməd Cavadın həyatı və ədəbi fəaliyyətinin Gəncə dönəmi” adlı kitab Türk dilində Ankarada çapdan çıxıb

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi çərçivəsində xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri milli mədəniyyətimizin və ədəbiyyatımızın tanınmış simalarının əsərlərinin, onların yaradıcılığına dair tədqiqatların təbliğini həyata keçirmək məqsədilə tərcümə və nəşr layihələri həyata keçirir.

Manera.az xəbər verir ki, bu günlərdə belə əhəmiyyətli layihələrdən biri Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilib. Belə ki, milli istiqlal şairi, Azərbaycan Dövlət Himninin mətninin müəllifi Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrünü əhatə edən Sahib İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabı Türk dilinə tərcümə edilərək Ankarada çap olunmuşdur.

Nəşrin tərcüməsini Türkiyənin Konya Selcuk Universitetinin dosenti Təranə Həşimova həyata keçirmişdir.

Ədəbiyyatşünas alim, yazıçı Sahib İbrahimlinin qələmə aldığı “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabda böyük istiqlal şairi Əhməd Cavadın həyatı, ədəbi fəaliyyətinin Gəncə dövrü təsvir edilmiş və tanınmış şairin Türkiyə ilə bağlarından, Qafqaz - Türk İslam Ordusunun Azərbaycan xalqının azadlıq mübarizəsində dəstəyi və önəmli rolundan bəhs edir.

Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr Gəncə ədəbi mühitinin yetişdirdiyi ən mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən və bütün qəlbi ilə doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış söz ustadıdır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Əhməd Cavadın həyat və yaradıcılığının Gəncə dövrü” adlı kitabın Türkiyədə təqdimatının keçirilməsi və aparıcı kitabxanalara, elmi tədqiqat müəssisələrinə hədiyyə edilməsi nəzərdə tutulub.


Məhəmməd,
Manera.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31