manera.az
manera.az

Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” türkcə Ankarada çap olunub - foto

📅 24.01.2025 13:10

Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” türkcə Ankarada çap olunub - foto
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin (1141-1209) zəngin ədəbi irsinin tədqiqi və beynəlxalq aləmdə təbliği sahəsində əhəmiyyətli layihələr həyata keçirilir. Bu layihələrdən biri də ölkəmizin Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dahi şairin “Xəmsə”sinə daxil olan bütün əsərlərinin orijinaldan türk dilinə tərcüməsi və nəşrini təşkil etmək təşəbbüsüdür.

Manera.az xəbər verir ki, Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə türk dilinə tərcümə edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması Ankarada çapdan çıxıb. Əsəri Ərzurum Atatürk Universitetinin professoru, tərcüməçi Nimet Yıldırım türkcəyə çevirib.
Kitabın ön sözündə qeyd olunur ki, Nizaminin hər bir poeması mükəmməl və təkrarsız sənət əsəridir. “Sirlər xəzinəsi” əsəri isə dahi şairin ilk məsnəvisi olmaqla, müdrik fikirlərlə zəngin bir hikmət xəzinəsi, həyatın ayrı-ayrı sahələrini əhatə edən, yeni ideya və qənaətləri ifadə edən və hekayətlərdən ibarət bir poemadır.

Qeyd edək ki, 2024-cü ildə Türkiyədəki AMM-in layihəsi ilə Nimet Yıldırım tərəfindən Nizaminin “İskəndərnamə” əsəri türk dilinə tərcümə olunaraq Ankarada işıq üzü görmüşdü.

Xatırladaq ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Xalq şairi Camal Kamal tərəfindən “Xəmsə”yə daxil olan beş əsərin hər biri orijinaldan özbək dilinə tərcümə edilərək çapdan çıxıb.

Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” türkcə Ankarada çap olunub - foto


Baxış sayı - 536 | Yüklənmə tarixi: 24.01.2025 13:10
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031