manera.az
manera.az

Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlandı - CƏDVƏL

📅 14.05.2025 21:23

Müəllimlərin sertifikasiya imtahanının vaxtı açıqlandı - CƏDVƏL
İnsan Resursları Mərkəzi müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yeni məlumat yayıb.

MANERA.AZ xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq.

İnsan Resursları Mərkəzindən bildirilib ki, test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz:

//youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.


Baxış sayı - 1 098 | Yüklənmə tarixi: 14.05.2025 21:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930