manera.az
manera.az

Nəriman Əbdülrəhmanlının romanları Təbrizdə nəşr edilib

Nəriman Əbdülrəhmanlının romanları Təbrizdə nəşr edilib
Təbrizin “AzərTuran” nəşriyyatı yazıçı Nəriman Əbdülrəhmanlının “Yolçu”, “Taclı”“Şəms” romanlarını Azərbaycan türkcəsində oxuculara təqdim edib.

MANERA.AZ xəbər verir ki, hər üç romanın mövzusu Azərbaycanın bütövlüyü (Səfəvi imperiyasının son illəri və Nadir Şah Əfşar dövrü, Şah İsmayı Xətayi və ömür-gün yoldaşı Taclı xanım, böyük mütəfəkkir Şəms Təbrizi) ilə bağlıdır.

Əsərləri çapa hazırlayan nəşriyyat redaktoru Nurulla Pürşərif əsərlərin elə ilk günlərdən oxucuların diqqətini çəkdiyini və maraq doğurduğunu qeyd edib. Müəllifi tarixi “Könül elçisi, yaxud Xuan de Persia – Oruc bəy Bayatın hekayəti” romanından tanıyan güneyli oxucular yeni nəşrləri rəğbətlə qarşılamışlar. Nəşriyyat yazıçı ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir.

Qeyd edək ki, N.Əbdülrəhmanlının yeni işıq üzü görən kitabları bu günlərdə keçirilən Beynəlxalq Tehran Kitab sərgisində oxuculara təqdim olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031