manera.az
manera.az

Nəriman Əbdülrəhmanlının yeni kitabı işıq üzü gördü

📅 02.05.2025 15:27

Nəriman Əbdülrəhmanlının yeni kitabı işıq üzü gördü
Ədəbiyyatımızın səksəninci illər nəslinə mənsub olan, oxucuların, əsasən, müasir və tarixi mövzuda romanları ilə tanıdığı yazıçı Nəriman
Əbdülrəhmanlının“Tanış yad adam” adlı yeni hekayələr toplusu “Qanun” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunub.


MANERA.AZ xəbər verir ki, kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı seçmə hekayələri və yeni “Tanış yad adam” triptixi toplanıb.

Bu əsərlər orijinal mövzu seçimi, özünəməxsus üslubu, təhkiyəsi və dil zənginliyi baxımından diqqəti çəkir, oxucuları insan qəlbinin ən dərin qatlarına nəzər salmağa vadar.

“Tanış yad adam” toplusu yaxın günlərdə “Qanun” nəşriyyatı və “Əli və Nino” satış şəbəkəsi vasitəsi ilə oxuculara təqdim olunacaq.


Baxış sayı - 673 | Yüklənmə tarixi: 02.05.2025 15:27
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930