manera.az
manera.az

Oğuzlu şair Nazim Hüseynli ilə görüş keçirilib - Fotolar

Oğuzlu şair Nazim Hüseynli ilə  görüş keçirilib - Fotolar
Mayın 5-də Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü şair, yazıçı, publisist Nazim Hüseynli ilə görüş keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri liseyin direktoru Qəmzə Süleymanova açıb.

Məktəb uşaq birliyinin rəhbəri Əsmər Sərkərova Nazim Hüseynlinin həyat və yaradıcılığı barədə şagirdlərə məlumat verib.

Şagirdlərin ifasında müəllifin bu il “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Hamıdan da Vətən üstün” kitabından şeirlər səsləndirilib.

Liseyin təşkilatçısı Seymur Kərimov, şəhid bacısı Şükufə İbrahimova çıxış edərək Şanlı Zəfərimizə, şəhidlərimizə həsr olunmuş belə kitabların şagirdlərin, gənclərin vətənpərvər ruhda böyüməsinə təsirindən danışıblar.

Nazim Hüseynli çıxış edərək şagirdlərin dünyagörüşünün formalaşmasında, nitqinin inkişafında mütaliənin, bədii ədəbiyyatın rolundan danışıb,
şeirlərini oxuyub, şagirdlərin suallarını cavablandırıb və bədii yaradıcılıqla məşğul olmaq istəyən şagirdlərə tövsiyələrini verib.

Sonda müəllif kitablarını imzalayaraq məktəbin kitabxanasına və fəal şagirdlərə hədiyyə edib.











Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031