manera.az
manera.az

Ankarda “Nazım Hikmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir

📅 16.01.2019 21:44

Ankarda “Nazım Hikmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir
Yanvarın 15-də Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən A şeir evində dahi Türk şairi Nazım Hikmətin anadan olmasının 117 – ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Manera.az xəbər verir ki, yazıçı, tərcüməçi Oktay Hacımusalı məruzə ilə çıxış edərək böyük türk şairinin hər iki qardaş ölkə ədəbiyyatına təsiri haqqında danışıb.

O.Hacımusalı Azərbaycanın dəmir pərdə dövründə Türkiyəni Nazım Hikmət vasitəsi ilə sevdiyini qeyd edərək ədibin XX əsr Azərbaycan ədəbiyyatına təsir edən şairlərin başında gəldiyini vuröulayıb:
Ankarda “Nazım Hikmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir
“Düşüncələrindən asılı olmayaraq bütün azərbaycanlılar Nazımı sevir və onun şeirlərini əzbər bilirlər. Nazım həm də dünyaya yön verən poeziyanın ilkin özüllərindən sayılır. Biz də Ankaradakı şeirsevərlərə Nazım Hikmətin Azərbaycan ədəbiyyatına təsiri haqqında məlumat vermək və Azərbaycan şairlərinin Nazıma həsr etdiyi şeirləri səsləndirərək dolayısı ilə poeziyasevərlərə ölkəmizin zəngin poetik nümunələrini təqdim etmək istədik”.

Daha sonra Oktay Hacımusalı və şairə Ülkər Piriyevanın ifasında Azərbaycan şairləri Rəsul Rzanın, Mikayıl Rəfilinin, Xəlil Rzanın, Fikrət Sadıqın, Nəriman Həsənzadənin, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, Elçin İsgəndərzadənin, Elxan Yurdoğlunun, Emin Pirinin şeirləri səsləndirilib.

MANERA.AZ


Baxış sayı - 1 036 | Yüklənmə tarixi: 16.01.2019 21:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031