manera.az
manera.az

Magistratura imtahanları elektronlaşdırılacaq - DİM

📅 27.04.2025 20:00

Magistratura imtahanları elektronlaşdırılacaq - DİM
“Artıq bütün dövlət qulluğuna qəbul imtahanları yalnız elektron formatda keçirilir. Ümumiyyətlə, bizim tərəfimizdən təşkil olunan işə qəbul imtahanlarının hamısı elektron formada keçirilir”.

MANERA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu yaxınlarda “Peşəkar mühasib” imtahanının elektron variantı təqdim olundu: "Hazırda bu imtahanın sınaq mərhələsi internet üzərindən davam edir. Bu imkan verir ki, imtahanla bağlı hər kəs öz fikrini bildirə və iştirak edə bilsin. 1 may tarixində keçiriləcək “Peşəkar mühasib” imtahanı da artıq elektron formatda olacaq”.

M.Abbaszadə əlavə edib ki, növbəti mərhələdə isə rezidentura imtahanının elektronlaşdırılması istiqamətində işlər görülür:

"Daha sonra magistraturaya qəbul imtahanlarının da elektronlaşdırılması planlaşdırılır. Rus və ingilis dillərində təhsil alan məzunlar üçün də Azərbaycan dili imtahanı elektron formatda keçiriləcək. Əlbəttə, müxtəlif təşkilatlarla imzaladığımız müqavilələr əsasında keçirilən imtahanların da elektron formatda təşkili nəzərdə tutulur və bu proses davam edəcək”.


Baxış sayı - 312 | Yüklənmə tarixi: 27.04.2025 20:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031