manera.az
manera.az

Azərbaycanda ilk: Elektron imtahanlar keçiriləcək

📅 15.12.2023 11:49

Azərbaycanda ilk: Elektron imtahanlar keçiriləcək
“2024-cü ildən Dövlət İmtahan Mərkəzinin yeni imtahan korpusunda elektron imtahanların keçirilməsi nəzərdə tutulur”.

MANERA.AZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti mərhələdə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2 000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur:

“Daha kütləvi imtahanların bu formatda keçirilməsi bir qədər çox vaxt tələb edir ki, bu da bizdən asılı olmayan səbəblərlə bağlıdır”.

Sədr əlavə edib ki, yeni layihənin Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılır.


Baxış sayı - 325 | Yüklənmə tarixi: 15.12.2023 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031