manera.az
manera.az

Azərbaycan Universitetində tələbələr üçün mühazirə oxunub

📅 16.04.2025 12:17

Azərbaycan Universitetində tələbələr üçün mühazirə oxunub
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı və Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə 17 aprel tarixində təcrübə mübadiləsi aparılıb.

MANERA.AZ xəbər verir ki, Universitetin Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışinski dərsin əvvəlində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayaraq, belə dərslərin keçirilməsinin tələbələrin praktiki biliklərini artırmasına imkan yaratdığını qeyd edib. Həmçinin dövlət agentliyinin rəhbərliyinə də öz təşəkkürünü bildirib.

Bununla yanaşı, universitetin Siyasi və ictimai elmlər kafedrasının baş müəllimi Aybəniz Quliyeva və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri, UNEC-in müəllimi Günel Səfərəliyeva “Dövlət vəsaitlərinin səmərəli və təyinatlı xərclənməsi, davamlı inkişaf və yaşıl idarəetmə” mövzusunda tələbələrə mühazirə oxuyub.

Mühazirə zamanı davamlı inkişafın əsas prinsipləri və dövlətin bu sahədəki rolu, dövlət və özəl sektora aid vəsaitlərin idarə olunması, səmərəli və təyinatlı xərclər anlayışı, yaşıl idarəetmə həlləri, idarəetmədə müasir yanaşmalar (monitorinq, rəqəmsallaşma və şəffaflıq) barədə geniş məlumat verilib. Eyni zamanda, beynəlxalq və yerli təcrübələrdən konkret nümunələr tələbələrə təqdim olunub.

Mühazirə Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbələr üçün təşkil edilib və onların sualları mühazirəçilər tərəfindən cavablandırılıb.





Baxış sayı - 226 | Yüklənmə tarixi: 16.04.2025 12:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031