manera.az
manera.az

Tural Adışirinin yeni kitabı işıq üzü görüb

Tural Adışirinin yeni kitabı işıq üzü görüb
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tural Adışirinin “Publisistik və poetik düşüncələr” kitabı çap olunub.

MANERA.AZ xəbər verir ki, “Mütərcim” nəşriyyatında işıq üzü görən kitabda müəllifin Azərbaycanın şimal-qərb bölgəsinin folkloruna aid orijinal elmi araşdırmaları, müasir ədəbi prosesin ayrı-ayrı nümayəndələri haq­qında publisistik məqalələri, həmçinin şeirləri yer alıb.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, dosent Kamil Adışirinov, rəyçiləri professorlar – Məhərrəm Qasımlı, Ramazan Qafarlı, Seyfəddin Rzasoydur.

Qeyd edək ki, Tural Adışirin - 1990-cı ildə Şəki rayonunun Oxud kəndində anadan olub. Şeirləri “Ədəbiyyat qəzeti”,”525-ci qəzet”, “Ədalət”, “Ulduz”, “Azərbaycan” kimi ölkənin nüfuzlu mətbu orqanlarında dərc olunub. Eyni zamanda ölkə xaricində - qardaş Türkiyə, Özbəkistan, Qazaxıstan, İran, Gürcüstan, Rusiya və.s ölkələrdə şeir və məqalələri çap olunub. AYB-nin Gənc Ədiblər Məktəbinin müdavimidir. Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvüdür. Elmi tədqiqat sahəsində uğurlu fəaliyyətinə görə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərliyi tərəfindən 3 dəfə “Fəxri Fərman”la, Gənc Alimlərin Yay Məktəbində iştirakına görə Gənclər və İdman Nazirliyi tərəfindən 2 dəfə “Sertifikat”la təltif olunub. 8 elmi məqalənin müəllifidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 1234
567891011
12131415161718
19202122232425
262728293031