AMEA əməkdaşının publisistik məqalələr toplusu çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı çap olunub.
Manera.az xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən vəsaitin elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyev, üz qabığının fotoqrafı Nofəl Ümiddir.
Nəşrdə Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Tahir Talıblı, Rəşad Məcid, İbrahim İlyaslı, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş və s. müəlliflərin kitabları haqqında məqalələrlə birgə, Mikayıl Müşfiq, Nəriman Həsənzadə, Fikrət Qoca, Zəlimxan Yaqub, Məmməd Aslan, Yusif Nəğməkar, Məmməd İlqar, Elxan Zal, Elçinİsgəndərzadə, Kəmaləddin Qədim, Barat Vüsal, Musa Ələkbərli, Balayar Sadiq, Əlirza Xələfli kimi şairlərin poemaları haqqında məqalələr toplanıb.
Gənc yazarlardan Pərvinin, Arzu Hüseynin, Nuranə Nurun, Emin Pirinin, Elməddin Nicatın, Faiq Hüseynbəylinin, Ramil Əhmədin, “Ruslan Dostəlinin, Elşad Ərşadoğlunun, Hafiz Hacxalılın, Şəfa Vəlinin, Şahanə Müşfiqin kitablarına həsr edilmiş məqalələrin yer alıb.
Kitabda həmçinin Hüseyn Cavid, Arif Əmrahoğlu, Əbülfət İslam, Fərqanə Mehdiyeva, Məmməd İsmayıl, Vaqif Yusiflı, İsa Cavadoğlu, Vidadi Məmmədli kimi müəlliflərin həyat və yaradıcılıqlarına aid məqalələr də əks olunub.
MANERA.AZ