manera.az
manera.az

Lənkəranlı şairin ilk şeirlər kitabı çapdan çıxıb

Lənkəranlı şairin ilk şeirlər kitabı çapdan çıxıb
Lənkəranlı şairin ilk şeirlər kitabı çapdan çıxıb.

Sərraf Talıb ixtisasca jurnalistdir. Qırx ilə yaxın bir müddətdə mətbuat sahəsində çalışıb. Hazırda AMEA Lənkəran Regional Elmi Mərkəzinin şöbə müdiridir.

S.Talıb ötən əsrin 70-ci illərindən respublika mətbuatında bədii və publisist yazıları, eləcə də tərcüməçilik fəaliyyəti ilə tanınıb.

Şeirləri ölkənin bir sıra nüfuzlu qəzet və jurnallarında, almanaxlarda işıq üzü görüb.

Bu yaxınlarda tanınmış şair-publisistin "Bu yerin üstü də məni tanımır" adlı şeirlər kitabı "Bakı mətbəəsi" ASC nəşr evində nəfis şəkildə çap olunub.

Kitabda şairin müxtəlif illərdə qələmə aldığı şeirləri və "Bu dünyaya gedən yol" adlı lirik poeması yer alıb.

Dünyanın ziddiyyətli hadisələrinə ictimai-fəlsəfi baxış, doğma yurd sevgisi, vətəndaşıq təəssübkeşliyi, saf sevgi duyğuları kitabdakı şerlərin əsas leytmotivini təşkil edir.

Kitaba yazıçı Nəriman Əbdürrəhmanlı "Sərraf Talıb: su kimi saf ömür" və şair Ağamir Cavad "Yol ömrü" adlı ön söz yazmışlar.

Kitabın redaktoru AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavaddır.

Qeyd edək ki, "Bu yerin üstü də məni tanımır" kitabı şair Sərraf Talıbın çapdan çıxmış ilk kitabıdır.

Ağaddin BABAYEVБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12
3456789
10111213141516
17181920212223
2425262728