manera.az
manera.az

"Nizami Gəncəvi irsi və gənclik" kitabı çap olunub

📅 31.01.2022 10:06

"Nizami Gəncəvi irsi və gənclik" kitabı çap olunub
"Nizami Gəncəvi irsi və gənclik" adlı kitab çap olunub.

MANERA.AZ xəbər verir ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin icra etdiyi "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində "Nizami Gəncəvi irsi və gənclik" adlı kitab çap olunub.

Kitabda yeni nəsil araşdırmaçıların və yazarların böyük Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş elmi və publisistik məqalələri yer alıb.

Qeyd edək ki, "Mücrü" nəşriyyatında çap olunmuş "Nizami Gəncəvi irsi və gənclik" kitabının redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şixiyeva, eksperti Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı, lahiyə rəhbəri İntiqam Yaşar, tərtibatçı-dizayneri isə DGTYB-nin idarə heyəti üzvü Sərvər Kamranlıdır. Kitabın Bakı şəhərində və regionlarda təqdimat tədbirləri təşkil olunacaq.

"Nizami Gəncəvi irsi və gənclik" kitabı çap olunub


Baxış sayı - 1 049 | Yüklənmə tarixi: 31.01.2022 10:06
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930