manera.az
manera.az

Vətən müharibəsinə həsr olunan tamaşa hazırlanır

Vətən müharibəsinə həsr olunan tamaşa hazırlanır
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın haqq savaşı olan 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu” tamaşası hazırlanır.

Teatrdan MANERA.AZ-a verilən məlumata görə, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni yaradıcılıq işində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, aktyor Elçin Əfəndi, əməkdar artist Mətanət Atakişiyeva, aktrisalar Xədicə Novruzlu, Rada Nəsibova, əməkdar artistlər Mirzə Ağabəyli, Elnar Qarayev, aktrisa İlahə Həsənova, əməkdar artist Anar Heybətov, aktyor İlyas Əhmədov, aktrisa Afət Məmmədova, Aylin Həşimova, əməkdar artistlər Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, aktyor Elsevər Rəhimov, əməkdar artist Rəşad Bəxtiyarov, aktyor Corc Qafarov, aktyorlar Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış edirlər.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbəyə ərməğan olan yeni tamaşanın premyerasının may ayının 28-də - Respublika Günündə keçirilməsi planlaşdırılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031