manera.az
manera.az

Xalq yazıçısının 90 illik yubileyi qeyd ediləcək - Sərəncam

Xalq yazıçısının 90 illik yubileyi qeyd ediləcək - Sərəncam
2025-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud Məmmədibrahim oğlu İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur.

MANERA.AZ xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələri nəzərə alaraq Maqsud İbrahimbəyovun 90 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısının 90 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələlərin həllini təmin edəcək.

Bu qərar Maqsud İbrahimbəyovun Azərbaycan ədəbiyyatında və mədəniyyətində oynadığı mühüm rolu bir daha vurğulayır və onun irsinin daha geniş tanıdılmasına xidmət edəcək.

Xatırladaq ki, M.İbrahimbəyov 2016-cı ilin martında 80 yaşında vəfat edib.


Baxış sayı - 395 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031