manera.az
manera.az

Xalq rəssamının 100 illik yubileyi keçiriləcək - Sərəncam

📅 12.10.2021 13:37

Xalq rəssamının 100 illik yubileyi keçiriləcək - Sərəncam
Prezident İlham Əliyev oktyabrın 12-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Manera.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla Mədəniyyət Nazirliyi Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirəcək.

Sərəncamda bildirilir ki, Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf edib. Fitri istedada malik rəssam milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaradıb, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirib. Kamil Əliyevin əsərləri dünyanın mötəbər muzey, qalereya və sərgi salonlarında dəfələrlə nümayiş etdirilib. Böyük sənətkar xalçaçı kadrların hazırlanması işinə mühüm töhfələr verib.


Baxış sayı - 581 | Yüklənmə tarixi: 12.10.2021 13:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031