manera.az
manera.az

Dilçilik İnstitutunda anım tədbiri | MANERA.AZ

Dilçilik İnstitutunda anım tədbiri | MANERA.AZ
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib.

MANERA.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açıb.

O bildirib ki, “20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Ümummilli lider H.Əliyev 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu”...

Sonra çıxış edən professorlar İsmayıl Məmmədli, Qara Məşədiyev, İdris Abbasov, dosentlər Elçin İsmayılov, Təranə Şükürlü qeyd ediblər ki, bu gün xalqımız 20 Yanvar hadisələrinin 26-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. 20 Yanvar hadisəsi xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılıb. Qanlı yanvar gecəsində dinc əhalinin Sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməyib. Çüni bizim yaddaşımız unutmaq tərbiyəsi almayıb.

Professor Sayalı Sadqıova qardaşı- 20 Yanvar faciəsinin şəhidi Yusif Sadıqovun həyat yolundan bəhs etdi. Qeyd edək ki, Y.Sadıqov AMEA-nın Riyaziyyat İnstitutunun doktorantı olub.

Həmin gecədə qəhrəmancasına həlak olub.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031