manera.az
manera.az

Məhəmməd Füzuli Hollandiyada anılıb - MANERA.AZ

📅 19.01.2016 12:30

Məhəmməd Füzuli Hollandiyada anılıb - MANERA.AZ
Amsterdamda keçirilən konfransda ədəbiyyatsevərlərə Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri barədə dolğun məlumat verilib.

Konfrans Türkevi Araşdırmalar Mərkəzi, “Parıltı” ədəbiyyat jurnalı və “Mürəkkəb” fondu tərəfindən “Füzuli, Leyli və Məcnun” mövzusunda təşkil edilib.

Konfransda Füzulinin yazdığı “Leyli ilə Məcnun”un bir mədəniyyət və əxlaq əsəri olduğu vurğulanıb.

Füzulinin bütün əsrlərin şair olduğunu söyləyən natiqlər onun günümüzdə kifayət qədər diqqətlə öyrənilməməsini təəssüflə qeyd ediblər.

Tədbirdə Füzuli ilə eyni əsrdə yaşamış ingilis şairi Şekspirin yaradıcılığı müqayisəli təhlil edilib.


Baxış sayı - 1 822 | Yüklənmə tarixi: 19.01.2016 12:30
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31