manera.az
manera.az

Vasif Adıgözəlovun xatirəsi anılıb MANERA.AZ

Vasif Adıgözəlovun xatirəsi anılıb MANERA.AZ

XX əsr Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi təhsil və mədəniyyət ocaqlarında qeyd edilir.

oktyabrın 23-də 11 nömrəli musiqi məktəbində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə məktəblilər, musiqi xadimləri, ictimaiyyət nümayəndələri bu böyük bəstəkarın xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Vasif Adıgözəlovun bənzərsiz yaradıcılığından söhbət açılıb. Onun böyük şəxsiyyət və istedad sahibi olduğu bildirilib. Görkəmli xanəndə, muğam ustası Zülfü Adigözəlovun ailəsində dünyaya gələn V.Adıgözəlovun gəncliyində zəmanəsinin böyük bəstəkarı Q.Qarayevdən dərs aldığı vurğulanıb.

Tədbirdə çıxış edənlər V.Adıgözəlovu Azərbaycan musiqi mədəniyyətimizin tarixində heç kəsə bənzəməyən, öz fərdi üslubu ilə seçilən, Şərq və Qərb musiqisinin imkanlarından, janr və formalarından bacarıqla istifadə edən qüdrətli sənətkar kimi dəyərləndiriblər.

Bildirilib ki, Azərbaycan musiqi tarixinin inkişafında böyük rol oynayan Vasif Adıgözəlov çoxsahəli yaradıcılığında bütün janrlara müraciət edib, gözəl və orijinal əsərlər yaradıb.

Vasif Adıgözəlovun həmçinin romans və mahnı yaradıcılığı da uzun illər milli mədəniyyətimizin ən gözəl nailiyyətləri səhifəsində mühüm yer tutub. Bəstəkarın mahnı və romans yaradıcılığı nəinki Azərbaycanda, hətta sərhədlərimizdən uzaqlarda da şöhrət qazanıb. Bəstəkarın bir çox romans və mahnılarının dillər əzbəri olması gözəl sənətkarlarımız Rəşid Behbudovun, Mirzə Babayevin, Şövkət Ələkbərovanın, Fidan və Xuraman Qasımovaların, "Qaya" vokal-instrumental ansamblının yüksək ifaçılıq məharəti ilə də bağlı olub. Bəstəkarın yaradıcılığı həmçinin bir çox sənətkarların püxtələşməsində böyük rol oynayıb.

Çıxış edənlər onun yaradıcılığında Qanlı yanvar hadisələri, Xocalı soyqırımının da öz əksini tapdığını bildiriblər.

Tədbirdə bəstəkarın əsərlərindən nümunələr səsləndirilib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031