manera.az
manera.az

20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd ediləcək

📅 15.01.2025 07:22

20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd ediləcək
Beynəlxalq Muğam Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək.

MANERA.AZ xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizədə həyatını qurban verən şəhidlərimizin xatirəsinin yad ediləcəyi tədbir Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Tədbirdə fotomüxbir Rasim Sadıxovun fotolarından ibarət sərgi“Qanlı Yanvar” filmi təqdim olunacaq.

Qeyd edək ki, anım tədbiri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, “İRƏLİ” İctimai Birliyi, “CƏNGİ” Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.


Baxış sayı - 469 | Yüklənmə tarixi: 15.01.2025 07:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930