manera.az
manera.az

Milli Konservatoriyaya yeni rektor təyinatı

📅 27.11.2024 12:24

Milli Konservatoriyaya yeni rektor təyinatı
Prezident İlham Əliyevin Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

MANERA.AZ xəbər verir ki, Kamilə Dadaşzadə Azərbaycan Milli Konservatoriyasında təhsil alıb.

K.Dadaşzadə uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) çalışıb. O, 2005-2007-ci illərdə və 2011-ci ildən bu günə qədər ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri olub.

O, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.


Baxış sayı - 420 | Yüklənmə tarixi: 27.11.2024 12:24
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930