manera.az
manera.az

Xalça Muzeyinə yeni direktor təyin olunub - Foto

📅 30.05.2024 11:49

Xalça Muzeyinə yeni direktor təyin olunub - Foto
Sənətşünas, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova Azərbaycan Milli Xalça Muzeyinin yeni direktoru təyin olunub.

MANERA.AZ xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Əminə Zakir qızı Məlikova 2000-ci ildə Jurnalistika ixtisası üzrə bakalavr, 2007-ci ildə iqtisadiyyat və menecment ixtisası üzrə magistratura pillələrini bitirib. 2016-cı ildən sənətşünaslıq üzrə fəlsəfə doktorudur.

1999–2009-cu illərdə Muzey Mərkəzinin Beynəlxalq əlaqələr və mədəni inkişaf şöbəsinin müdiri, 2009–2018-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, direktor müavini vəzifələrində işləyib. 2018-ci ildə "İçərişəhər" Muzey Mərkəzinin direktoru təyin edilib.

Ə.Məlikova 2023-cü ildən son təyinatadək Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru vəzifəsində çalışıb.

"Azərbaycan Kəlağayı" və "Butalı" milli brendlərinin təsisçisidir.

Xalça Muzeyinə yeni direktor təyin olunub - Foto



Baxış sayı - 406 | Yüklənmə tarixi: 30.05.2024 11:49
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930